Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb
Bizi izləyin

Qırmızı.az

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb.

Bakıda iki avtomobil toqquşub, bir nəfər ölüb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes" markalı minik avtomobili və "Zil" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə meyiti avtomobildən çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm