28 May – Respublika Günü Haaqada qeyd edilib
Bizi izləyin

Qırmızı.az

28 May – Respublika Günü Haaqada qeyd edilib

28 May – Respublika Günü Haaqada qeyd edilib

Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi 28 May – Respublika Günü ilə əlaqədar türk dərnəklərini bir araya toplayıb. Azərbaycan Demokratik Respublikasının yaranma günü Haaqa şəhərində yerləşən N.Gəncəvi adına “Haaqa Azərbaycan məktəbində” bir neçə türkdilli dərnəyin təmsilçiləri ilə birgə qeyd edilib. Bayram tədbirində Hollandiya Türk Federasiyası, Hollandiya Balkan Türkləri Dərnəyi, Hollandiya Türkmən Dostluq Dərnəyi, Hollandiya Kərkük Türkləri Dərnəyi, Hollandiya Noqay Türkləri Dərnəyinin rəhbərləri və üzvləri iştirak ediblər.

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva bildirib ki, builki Respublika Gününü digər diaspor təşkilatlarla birgə keçirmək təklifini türkmən, noqay, uyğur, kərkük, əfqan, Balkan türkləri məmnuniyyətlə qəbul ediblər. Tədbir iştirakçılarına 1918-ci ildə müsəlman şərqində ilk dəfə demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, M.Ə.Rəsulzadə başda olmaqla, o dövrün dövlət və siyasi xadimləri, onların fəaliyyəti, dövlətimizin ilk atributlarının yaradılması haqqında məlumat verilib. Çıxış edənlər həmçinin Sovet imperiyasının süqutundan sonra 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycanın ümummilli lider Heydər Əliyevin hakimiyyəti altında keçdiyi inkişaf yolundan bəhs ediblər.

Tədbirdə Hollandiya Türk Federasiyasının rəhbəri Murat Gedik, Hollandiya Balkan Türkləri Dərnəyinin rəhbəri Eli Sayhan, Hollandiya Türkmən Dostluq Dərnəyinin rəhbəri Mengi Rəhimi, Hollandiya Kərkük Türkləri Dərnəyinin rəhbəri Dəniz Teymur Bayatlı, Hollandiya Noqay Türkləri Dərnəyinin rəhbəri Orhan Dəmirçi də çıxış edərək bütün türkdilli xalqlara birlik arzulayıb və belə tədbirlərin keçirilməsinin, birgə layihələr reallaşdırnmağın vacibliyini vurğulayıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm