Yol polisinin daha bir özbaşınalığı – (Video)
Bizi izləyin

Qırmızı.az

Yol polisinin daha bir özbaşınalığı – (Video)

Virtualaz.org saytı xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda yol polisi əməkdaşının özbaşınalığı əks olunur. Belə ki, avtomobili saxlayan yol polisi əməkdaşı onu cərimə meydançasına aparır. Maraqlısı budur ki, polis əməkdaşı maşını cərimə meydançasına aparmaq üçün özü sükan arxasına keçir. Sürücünü isə maşında əyləşdirir.

Sürücü polis əməkdaşının bu hərəkətini telefonla çəkir. Maşını idarə edə-edə telefonla danışan polis əməkdaşı sürücünün onu lentə aldığını görür və telefonu ondan alır. Bu zaman sürücü ilə polis əməkdaşı arasında başlanan mübahisə onlar maşından düşdükdən sonra da davam edir.

Polis əməkdaşı telefonunu istəyən sürücüyə “gördün, maşını sürə-sürə telefonu əlindən necə aldım? Malış, ağıllı ol” deyir.

Hadisənin dünən səhər saatlarında baş verdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm