Kibercinayətkarlıqla mübarizədə Azərbaycan-Almaniya əməkdaşlığı
Bizi izləyin

Qırmızı.az

Kibercinayətkarlıqla mübarizədə Azərbaycan-Almaniya əməkdaşlığı

“Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu”nun (İRZ) və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Kompüter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” layihəsinin davamı çərçivəsində, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadovun rəhbərlik etdiyi nümayəndə heyəti və “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri Anar Bağırov Almaniyaya səfər ediblər.

Publika.az-a daxil olan məlumata görə, səfər zamanı həmyerlilərimiz Köln Torpaq Məhkəməsində və Köln Polis İdarəsində kibercinayətkarlıq mövzusuna dair keçirilən müzakirələrdə iştirak ediblər. Müzakirələr zamanı təcrübə mübadiləsi aparılıb, analoji cinayətlərin qarşısının alınması strategiyaları müqayisəli şəkildə araşdırılıb.

“AHİM”-in sədri Anar Bağırov səfərin onlar üçün səmərəli keçdiyini bildirib. Belə ki, hüquqşünas qeyd edib ki, bu səfər özündə kibercinayətkarlıq və digər sahələrdə azərbaycanlı və alman tərəfdaşlar arasında gələcək əməkdaşlıq imkanlarını ehtiva etməklə hər iki ölkənin bu sahədəki qanunvericiliyinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm