Qırmızı.az
Paytaxtda yenə “avtoşluq", yenə qəza
Bakının Xətai rayonunda baş verən yol qəzasında iki
nəfər xəsarət alıb.
Hadisə Zığ yolu şossesində qeydə alınıb. Sürətlə hərəkət edən
"Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində
əvvəlcə beton arakəsməyə, sonra işıq dirəyinə çırpılıb. Bu da
avtomobilin sürətini azaltmayıb və o, yolun ortasında aşıb.
Qəza nəticəsində avtomobildə olan iki nəfər - 27 yaşlı
Əbdürrəhmanov Kənan Cabir oğlu və Rzayev Fəxri Firudin oğlu ağır
bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı şəhər
klinik xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, qəzaya uğrayan "Mercedes" markalı avtomaşın
başqa bir eyni markalı avtomobillə sürət yarışına çıxıbmış. Sürət
yüksək olduğundan sürücü idarəetməni itirib və qəza qaçılmaz olub.
Digər "Mercedes"in sürücüsü isə ərazidən uzaqlaşıb.
Xətai Rayon Polis İdarəsində faktla bağlı araşdırma aparılır. /ans/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu