Bakı Dairəvi avtomobil yolu tam bağlanıb
Bizi izləyin

Qırmızı.az

Bakı Dairəvi avtomobil yolu tam bağlanıb

Təmir işləri ilə əlaqədar mayın 26-da qismən məhdudlaşdırılan Bakı Dairəvi avtomobil yolu hazırda tam bağlanıb.

Bununla bağlı Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev açıqlama verib.

Onun sözlərinə görə, qeyd olunan yolun tam bağlanması nəzərdə tutulmasa da, bu addım məcburən atılıb: “Bəzi sürücülərin yüksək sürətlə hərəkət etməsi, o cümlədən bəzi sürücülərin səriştəsizliyi həmin ərazidə qəzaların yaranmasına gətirib çıxardı. Buna görə də biz qərara aldıq ki, gediş hissəni tam bağlayaq”.

“Azəryolsevis” rəsmisi sürücülərdən Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edib:

“Sürücülərin çoxu bildirirlər ki, gedərkən “Sədərək” ticarət mərkəzinin daxili yolundan istifadə edərək, 50 qəpik ödəniş edirlər. Lakin biz onlara alternativ yol kimi Xocasən-Lökbatan yolundan istifadə etmələrini tövsiyə edirik. Belə ki, həmin yolda sürücülər Lökbatan istiqamətindən aşağı düşüb, dairəvi qovşaqla düz hərəkət etməklə Lökbatan-Xocasən yoluna çıxa və Astara-Qazax istiqamətində yollarına davam edə bilərlər. “Sədərək” ticarət mərkəzinin yoluna keçməyə ehtiyac yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm