Azərbaycanda toyda kütləvi dava – FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda toyda kütləvi dava – FOTO

Cəlilabad rayonunda toyda kütləvi dava düşüb.Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə "Ülvi" şadlıq sarayında toy məclisi zamanı baş verib. Şadlıq sarayında tərəflər arasında mübahisə yaranıb.



Daha sonra mübahisələrini bayırda davam etdirən gənclər bıçağa əl atıblar. Nəticədə Cəlilabad rayon sakinləri 1990-cı il təvəllüdlü Cəfərov Azad Kamal oğlu, 1992 -ci il təvəllüdlü Sultanov Rəşad Cavid oğlu və onun qardaşı 1994- cü il təvəllüdlü Soltanov Fuad Cavid oğlu müxtəlif dərəcəli bıçaq xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon xəstəxanasına (MRX) çatdırılıblar.



Qeyd edək ki, dava edən tərəflər Cəlilabad rayon Səttərxan küçəsində yaşayan gənclərdir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Fakatla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.






Oxumağa davam et
Reklam
Reklam

Gündəm