Doğan gəlinin yaxınları həkimləri döydü (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Doğan gəlinin yaxınları həkimləri döydü (YENİLƏNİB)

Günel Qasımovanın qeysəriyyə əməliyyatı edilməməsi, xəstəxanaya buraxılmaması, yaxınlarının döyülməsi barədə yayılan məlumatlar yanlışdır. Bu sözləri publika.az-a açıqlamasında Ucar rayon mərkəzi xəstəxanasının baş həkimin müavini Ata Hacıyev deyib.

“Günel Qasımova xəstəxanamızda müalicə edilib və bu gün də doğuşa götürülməsi planlaşdırılıb. Lakin doğuş zamanı onun qeysəriyyə əməliyyatına ehtiyacı olduğuna qərar verilib. Əməliyyata götürülən zaman xəstə yaxınlarının narazılığı baş verib. Nədənsə vətəndaşlar bu halları həzm edə bilmirlər. Xəstə yaxınları istəyir ki, yaxınları xəstəxanaya gələn kimi əməliyyat edilsinlər. Onlar əməliyyatın tez olmasını istəyiblər”.

A.Hacıyev bildirib ki, Günel Qasımovanın yaxınları cərrah və genekoloqa xəsarət yetirib, amma buna baxmayaraq xəstəxananın həkimi əməliyyatda iştirak edib. Əməliyyat baş tutub, ana və uşağın vəziyyəti normaldır.Hazırda faktla bağlı Ucar rayon polis şöbəsi tərəfindən də araşdırma aparılır.

Xatırladaq ki, bu gün Zərdab rayon sakini G.Qasımovanın Ucar rayon xəstəxanasına qeysəriyyə əməliyyatı üçün müraciət etməsi, lakin onun xəstəxanaya buraxılmaması barədə məlumatlar yayılıb.

Gülxar

14:36

Bu dəqiqələrdə Ucar rayonu mərkəzi xəstəxanasında sensassiya doğuracaq hadisə baş berib.

Avropa.info xəbər verir ki Zərdab şəhər sakini Qasımov Füzuli Hümmət oğlu qızı Qasımova Günel Füzuli qızını qeysəriyə üsulu ilə əməliyyat etdirmək üçün təcili olaraq Ucar şəhər mərkəzi xəstəxanasına gətirib.

Lakin ağır vəziyyətdə olan xəstəni həkimlər nəinki qəbul etməyiblər, hətta onları qapıdan belə içəri buraxmayıblar. Üstəlik xəstəxananın mühafizəçiləri ağır vəziyyətdə olan xəstənin gözü qarşısında onun atası Qasımov Füzulini və qızının həyat yoldaşı Natiq adlı şəxsi də vəhşicəsinə döyüblər.

Xəstənin yaxınları baş verənlər barədə xəstəxanaının baş həkiminə müraciət ediblər, baş həkim isə onlara "əcəb edib döyüblər",– deyib və onları kabinetindən qovub.

Hazırda Ucar Rayon xəstəxanasının qarşısında əməliyyat olunmaq üçün gətirilən ağır xəstənin qohumları ilə xəstəxanə mühafizəçiləri arasında qarşıdurma davam edir.

Xəstə hələ də əməliyyat olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm