Nazirlik tələbələr və şagirdlər haqqında informasiyalar toplayır
Bizi izləyin

Qırmızı.az

Nazirlik tələbələr və şagirdlər haqqında informasiyalar toplayır

Təhsil Nazirliyi təhsil müəssisələrində oxuyanlar haqqında informasiyalar toplayır

Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə edilmiş “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi filmin təqdimat mərasimi keçirilib.

Publika.Az-ın verdiyi məlumata görə, filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəki fəaliyyət azlığının uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.

Film disk şəklində 8 min nüsxə artırılaraq ümumtəhsil, ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılıb. Həmçinin, film mərkəzi və regional televiziya kanallarında yayımlanır.

Filmin ictimaiyyətə çatdırılması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və Azərbaycan Respublikası təhsil nazirinin “Təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupunun yaradılması haqqında” əmrində qarşıya qoyulan məqsədlərə nail olmağa xidmət edir.

İşçi qrupu təhsilalanların sağlamlığının qorunması, təlim nailiyyətlərinin yüksəldilməsi üzrə mövcud təhsil texnologiyalarını öyrənərək onların yerli şəraitə uyğunlaşdırılması mexanizminin və tətbiqinə dair təkliflərin işlənib hazırlanmasını yerinə yetirir.

Təhsilalanların fiziki sağlamlığına, psixoloji dayanıqlığına və təlim nailiyyətlərinin yüksəldilməsinə hər hansı formada mənfi təsir göstərən halları araşdırmaq və onların aradan qaldırılmasına dair təkliflər hazırlayıb təqdim etmək də müvafiq işçi qrupuna həvalə olunub.

İşçi qrupunun fəaliyyəti nəticəsində problem baxımından mövcud vəziyyətin öyrənilməsi üçün müvafiq addımlar atılır. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən müvafiq məlumatlar toplanılır.

Həmçinin, müvafiq qurumlardan yeniyetmə və gənclərin sağlamlığına dair toplanmış informasiyalar təhlil olunur, uğurlu beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində müzakirələr aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm