Dillər Universitetində imtahanlarla bağlı qəragah yaradılıb
Bizi izləyin

Qırmızı.az

Dillər Universitetində imtahanlarla bağlı qəragah yaradılıb

İyunun 2-də Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verilib.

Universitetin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rektor, professor Səməd Seyidovun imzaladığı əmrə əsasən, iyunun 2-dən iyulun 5-dək universitetdə yay imtahan sessiyası keçiriləcək.

Yay imtahan sessiyası 4 fakültənin ( Pedaqoji, Filologiya və Jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə də sessiya müddəti iyunun 2-dən iyulun 5-dək müəyyən edilib.

Yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb.

Kurrikulum və Keyfiyyətə Nəzarət Departamentinin müdiri Şəfəq Şahməmmədovanın rəhbərlik etdiyi Operativ Qərargahın üzvləri rektorun müşaviri Vazeh Əsgərov, Xüsusi şöbənin rəisi Elçin Tağıyev, ADU –nun Xarici dillər kafedrasının baş müəllimi Hafiz Rəhimov, ADU Tələbə Gənclər Təşkilatının sədri Xıdır Kazımovdur.

Bununla yanaşı, ADU-nun 440-35-05, 440 35 02, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.

Fakültə dekanlarına və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmələri, imtahanların keçirilməsi ilə əlaqədar beynəlxalq təcrübəni nəzərə alaraq imtahan otaqlarının imtahan başlanana qədər imtahan materialları ilə təchiz etmələri tapşırılıb. Əmrdə biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahan qaydalarının pozulması hallarına göz yuman və ya şərait yaradan nəzarətçilər və fənn müəllimlərin imtahandan kənarlaşdırılması, hər bir imtahan başa çatdıqdan sonra imtahan yazıların nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi, kodlaşmadan sonra fənn tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması və nəticələrin protokollaşdırılıb yazı işləri ilə birgə dekanlıqlara təhvil verilməsi qeyd olunub.

Eyni zamanda, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə appelyasiya qiymətin obyektivliyini müəyyən etmək üçün yalnız qiymətlər elan olunduğu gün təşkil edilməsi əmrdə göstərilir. İmtahan sessiyasının obyektiv və qaydalara uyğun keçməsinə kömək məqsədilə Tələbə təşkilatlarının xidmətlərindən istifadə etsinlər və onların fəaliyyətinə lazımi şərait yaratsınlar.

Kurrikulum və Keyfiyyətə Nəzarət Departamenti fakültələrdə imtahan yazı işlərinin kodlaşdırımasını təmin etsin. Bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq qurumlara təqdim etsin.

Əmrdə hər bir imtahan başa çatdıqdan sonra imtahan yazılarının nəzarətçilər tərəfindən kodlaşma üçün məsul şəxsə təhvil verilməsi və kodlaşmadan sonra fənni tədris edən müəllimlər tərəfindən götürülərək yoxlanılması, nəticələrin protokollaşdırılması və yazı işlərinin protokollarla birlikdə dekanlığa təhvil verilməsi, yoxlanmış yazıların kodlarının dekanlıq tərəfindən açılması və qiymətlərin həmin gün elan edilməsi də əmrdə vurğulanır. Müstəsna hallarda II növbədə təşkil edilmiş imtahanların yazılarının yoxlanmasının başa çatdırılması və nəticələrin elan edilməsi növbəti iş günündən gec olmayaraq təxirə salına bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm