• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Heydər Əliyev Fondu körpələrimizi sevindirdi (FOTO)

Heydər Əliyev Fondu körpələrimizi sevindirdi (FOTO)

31 may 2014-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki "Qaradağ" şadlıq evində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan və kimsəsiz uşaqlar üçün bayram şənliyi keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, rayon İcra hakimiyyətinin məsul işçiləri, Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 9 saylı Xüsusi internat məktəbi, 39 nömrəli Kardiorevmotoloji Uşaq Sanatoriyası və "Müşfiq" Əlil Uşaqlara Yardım İctimai Birliyinin uşaqları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov cəmiyyətimizin həssas və kövrək zümrəsi olan uşaqların ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunduqlarını bildirdi. Qeyd etdi ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlib.

Respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulub, ulu öndərin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisdə "Uşaq hüquqları haqqında", habelə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. İnkişaf yolu ilə irəliləyən Azərbaycanda tikilən tibb ocaqları, təhsil müəssisələri, idman-sağlamlıq kompleksləri uşaqların istifadəsinə verilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır. Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında Heydər Əliyev Fondu da böyük işlər görür. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı, Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olması, uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirir.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, illüziyaçıların, klounların göstərdikləri nömrələri maraqla izlədilər. Tədbir tanınmış incəsənət xadimlərinin çıxışları ilə davam etdi. Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondu tərəfindən geyim dəstləri paylandı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR