Məşhur falçıya hücum edildi – Foto
Bizi izləyin

Qırmızı.az

Məşhur falçıya hücum edildi – Foto

Məşhur falçıya hücum edildi – Foto

Almaniyanın məşhur falçılarından biri hücuma məruz qalıb. Zaqorka Yovanoviç hal-hazırda xüsusi nəzarət altında müalicə edilir və 68 yaşlı qadının həyatı təhlükədə olduğu bildirilir.

Zaqorka internet şəbəkələrin birində onlayn üsulu ilə fala baxaraq, münasibətlərdə baş vermiş mübahisələri “qaydasına” qoyur.

Lakin qadın Düsseldorf şəhərində türk əsilli bir kişi tərəfindən bıçaqlanıb. Hücumun səbəbi isə Zaqorkanın kişini sevgilisindən ayırması olub. Qeyd olunur ki, 43 yaşlı Mətin Kolkılıc yerli qadınlardan biri ilə sevgili olub, lakin qadın tezliklə əvvəlki sevgilisi ilə barışıb. Qadın məhz falçının sözlərinə görə Mətindən ayrılaraq əvvəlki sevgilisinə dönüb.

Kolkılıc falçı qadının sözlərindən qəzəblənib və Zaqorkanın evinə gedərək onu bıçaqlayıb. Mətin qan içində boğulan qadın üçün təcili tibbi yardım çağırmağı da unutmayıb. Kolkılıc polis tərəfindən axtarılır və onun Türkiyəyə qaçdığı ehtimal edilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm