Qırmızı.az
İsveçrə Prezidentinin şərəfinə rəsmi nahar verilib
İyunun 2-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İsveçrə Prezidenti Didye Burkhalterin şərəfinə rəsmi nahar verilmişdir.
Prezident İlham Əliyev İsveçrə Prezidenti Didye Burkhalteri ölkəmizdə bir daha salamladı, səfər zamanı ikitərəfli münasibətlərə dair bir çox vacib məsələlərin müzakirə edildiyini dedi. İsveçrənin ATƏT-ə sədrliyinin uğurlu olacağına, onun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesində fəal iştirak edəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı dedi: "Bizim ikitərəfli əlaqələrimizin inkişafı məmnunluq doğurur. Qısa müddətdə aramızda fəal ünsiyyət qurulub".
Prezident İlham Əliyev ölkələrimiz arasında investisiya və
biznes əlaqələrinin inkişaf etdiyini, bu sahədə birgə iqtisadi
komissiyanın mühüm rol oynadığını diqqətə çatdırdı. Dövlətimizin
başçısı siyasi əlaqələrimizin, birgə məsləhətləşmələrin
əhəmiyyətinə toxunaraq bütün bunların münasibətlərimizin təməlini
təşkil etdiyini dedi.
İsveçrə Prezidenti Didye Burkhalter şəhərimizdə gördüyü inkişaf
proseslərinin onda böyük təəssürat yaratdığını vurğuladı. O,
İsveçrə üçün dinamik inkişaf edən ölkələrlə münasibətlər qurmağın
çox vacib olduğunu dedi.
Bildirdi ki, İsveçrə ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirmək mühüm istiqamətlərdən birini təşkil edir. Didye Burkhalter bu imkanı təqdim etdiyinə və etibarlı tərəfdaşlıq mühitinin yaradılmasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan