Hakim qırmızı işıqda keçdiyi üçün istefa verdi
Bizi izləyin

Qırmızı.az

Hakim qırmızı işıqda keçdiyi üçün istefa verdi

Hakim qırmızı işıqda keçdiyi üçün istefa verdi

İspaniyada qırmızı işıqda motosikleti ilə keçən Konstitusiya Məhkəməsinin hakimi Enrike Lopes istefa verib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə İspaniyanın paytaxtı Madridin ən işlək prospektlərindən olan “Castellana”da baş verib.

İspaniya hökumətinin ən etibarlı şəxslərindən biri olan və Konstitusiya Məhkəməsinin rəhbərliyi üçün adı çəkilən E. Lopesin spirtli içki qəbul etdiyi polis tərəfindən müəyyənləşdirilib. Hakim müdafiə olunmasının qeyri-mümkün olduğunu vurğulayaraq istefa verib.

Polis idarəsindən verilən açıqlamada hakimin qanunda nəzərdə tutulduğundan üç dəfə çox spirtli içki qəbul etdiyi, qırmızı işıqda dayanmadığı və motosikletdən istifadə edərkən geyinməsi vacib olan kaskanı geymədiyi qeyd olunub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm