Qırmızı.az
Hər gün İrana 3 min azərbaycanlı gedir
Hazırda gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsilə Ərdəbil əyalətinə orta hesabla 3 min azərbaycanlı gəlir.
Bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
O, qeyd edib ki, hazırda Azərbaycan və İran arasında əlaqələr çox yaxşı səviyyədədir: "Azərbaycan bizimlə həm qonşu ölkədir, həm də iki ölkənin oxşar tarixi və mədəniyyəti var. Bundan başqa, iki ölkə eyni din və dilə sahibdirlər və iki ölkə arasında gediş-gəliş yaxşı səviyyədədir".
Əyalət başçısı əlavə edib ki, Ərdəbil əyalətinə səfər edənlərin əksəriyyəti müalicə məqsədilə gəlirlər: "Biz onları İranın, xüsusilə Ərdəbil əyalətinin gözəlliklərini görmək üçün turist kimi səfər etməyə dəvət edirik. İstəyirik ki, azərbaycanlı inverstorlar da burada turizm sahəsinə investisiya yatırsınlar".
M.Xudabəxş deyib ki, onlar Savalan dağının ətəyində yerləşən əraziləri gələcəkdə azad iqtisadi zonaya çevirmək niyyətindədirlər: "Savalan iqtisadi zonasının yaradlması üçün hazırda ekspertlər araşdırma aparırlar. Araşdırmalar başa çatdıqdan sonra layihənin icrası üçün həm dövlət, həm də parlamentin razılığı olmalıdır. Dövlət artıq öz razılığını verib və parlamentdə layihənin təsdiqlənməsi üçün işlər aparılmalıdır". /Trend/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu