Bakıda dəhşətli yol qəzasının görüntüləri - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda dəhşətli yol qəzasının görüntüləri - VİDEO

83 saylı avtobus dar küçədə yüksək sürətlə hərəkət edirmiş.

83 saylı avtobus dar küçədə yüksək sürətlə hərəkət edirmiş.

Bu gün səhər saatlarında Nərimanov prospektində 83 saylı marşrut xəttə işləyən “Daewoo” markalı 90 MO 168 dövlət nömrə nişanlı avtobusun törətdiyi qəza ilə bağlı videmateralı təqdim etdirik.

Qəza nəticəsində prospektin kənarında park edilən, məhəllə sakinlərinə məxsus 6 avtomobilə ciddi ziyan dəyib. Həmin avtomobillər ard-arda düzüldüyü üçün avtobusun güclü zərbəsi nəticəsində hamısı bir-birinə çırpılıb. Bundan başqa avtobus bir ağacı da aşırıb. Sürücü isə hadisə yerindən qaçıb.

Videodan aydın olur ki, avtomobillər ciddi zərər görüb. Bu isə o deməkdir ki, avtobus yüksək sürətlə hərəkət edirmiş. «Sovetski» küçəsi kimi darısqal yerdə yüksək sürətlə avtobus sürən sürücünün kimliyi maraq doğurur. /Avtosfer.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm