Rektor şikayətləri araşdıracaq
Bizi izləyin

Qırmızı.az

Rektor şikayətləri araşdıracaq

Publika.-az universitetdən verilən məlumata görə, İyunun 7-də Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçiriləcək.

Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşlarin şikayət və təklifləri dinləniləcək. Müəyyən layihə və təkliflər irəli sürənlərin müraciətinə xüsusi diqqət yetiriləcək.

ADİU-da “Açıq qapı”günü hər ayın birinci şənbə günü keçirilir və öncədən qeydiyyatdan keçmək tələb olunur. Növbəti “Açıq qapı” iyul ayının 7-də olacaq

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm