Qırmızı.az
Azərbaycan-İran sərhədində silahlı insident
Horadiz sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətindən Publika.az-a verilən məlumata görə,
Beyləqan rayonu 1-ci Şahsevən kəndinin yaxınlığındakı sərhəd
zastavasının xidməti sahəsində bir nəfər İİR ərazisində mövqe
tutmuş silahlı qrupun müşahidəsi altında İrandan Azərbaycana
keçərkən sərhəd naryadına silahlı müqavimət göstərməyə cəhd edib.
İİR vətəndaşı, Parsabad şəhər sakini, 1983-cü il təvəllüdlü Hüseyni
Hüseyn Mircəlil oğlu saxlanılıb. Sərhəd pozucusunun üzərindən
“Maqnum-200” markalı tapança və 1 kiloqram 580 qram həşiş qətranı
aşkar olunub.
Faktla bağlı DSX İstintaq və Təhqiqat İdarəsi tərəfindən AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və ya satma) və 318.2 (dövlət sərhədinin pozulması) maddələri ilə cinayət işi başlanılıb.
İİR vətəndaşı H.M.Hüseyni təqsirləndirilən şəxs qismində cəlb
olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Cinayətin digər
iştirakçılarının saxlanılması istiqamətində əməliyat-istintaq
tədbirləri davam etdirilir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu