Elşad İskəndərovun XİN-dəki vəzifəsi bəlli oldu – ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Elşad İskəndərovun XİN-dəki vəzifəsi bəlli oldu – ÖZƏL

Elşad İskəndərovun XİN-dəki vəzifəsi bəlli oldu - ÖZƏL

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, adı nurçuluqda hallanan Elşad İskəndərov iyunun 6-da Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Baş Katibi vəzifəsinə təyin olunaraq uzun müddətə İstanbula ezam olunub.

Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindəki mötəbər mənbədən məlumat daxil olub.

Mənbə həmçinin bildirib ki, E.İskəndərov mayın 7-də Azərbaycanın Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlarla Əməkdaşlıq Şöbəsinə bərpa olunub.

Xatırladaq ki, mayın 2-də prezident İlham Əliyevin sərəncamı ilə Elşad İskəndərov vəzifəsindən azad olunub.

Onu da bildirək ki, E.İskəndərovun adı son dövrlər mətbuatda “nurçu məmur” kimi hallanırdı.

Vasif Həsənli

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm