Prezident sərəncam imzaladı
Bizi izləyin

Qırmızı.az

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə 5 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Ölkədə metallurgiya sənayesinin yaradılması, bu sahənin inkişafı və yeni texnologiyaların tətbiqi istiqamətində görülən işlərin bir hissəsi olaraq "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Kompleksin fəaliyyətinin səmərəli təşkilinin təmin edilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması əsas vəzifələrdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,2 milyon manatı Goranboy Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm