15 rayonun qazı kəsiləcək
Bizi izləyin

Qırmızı.az

15 rayonun qazı kəsiləcək

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13:00-dən 15:00-dək Quba, saat 16:00-dan 18:00-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Eləcə də qaz nəqli sistemində görülən işlər və 720 mm-lik "Yevlax-Naxçıvan" magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18:00-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək Xəzər rayonunun bir hissəsinə, həmçinin 1220 mm-lik "Astara-Qazıməmməd" magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar 11.06.2014-cü il tarixdən 13.06.2014-cü il tarixədək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm