Müdafiə Nazirliyi şayiələrə aydınlıq gətirdi
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi şayiələrə aydınlıq gətirdi

Müdafiə Nazirliyi Naxçıvanın ermənilər tərəfindən atəşə tutulması barəsində yayılan xəbərlərlə bağlı açıqlama verib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, Naxçıvanın yüksəkliklərinin ermənilərin əlinə keçməsi haqda yayılan xəbərlər həqiqətə uyğun deyil:


“Düşmən atəşkəs rejimini pozduqda cavab atəşi ilə susdurulur. Atəşkəs rejiminin pozulması haqqında gündəlik olaraq Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində məlumat yerləşdirilir”,- deyə Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab veriblər.


Qeyd edək ki, bir qədər əvvəl mətbuatda Naxçıvanın erməni hərbi birləşmələri tərəfindən atəşə tutulması ilə bağlı məlumatlar yayılmışdı. Sosial şəbəkələrdə hətta erməni hərbi birləşmələri tərəfindən Naxçıvanda yerləşən bəzi yüksəkliklərin ələ keçirildiyi də bildirilirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm