Drezden nəqliyyatında Azərbaycanla bağlı videoçarx - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Drezden nəqliyyatında Azərbaycanla bağlı videoçarx - FOTOLAR

“Bakı-2015” ilk Avropa Oyunlarına bir il qalması ilə bağlı geriyəsayım kampaniyasına Almaniyada yaşayan azərbaycanlılar da öz töhfəsini verib.

Belə ki, Almaniyanın Drezden şəhərində fəaliyyət göstərən Alm.Az Cəmiyyətinin təşəbbüsü ilə iyunun ayının 12-dən başlayaraq Drezden şəhərinin ictimai nəqliyyat vasitələrində I Avropa Oyunların həsr olunmuş videoçarx nümayiş etdirilir.

Gün ərzində 40-50 dəfə olmaqla 3 gün göstəriləcək və minlərlə sərnişinin görə biləcəyi videoçarxda Azərbaycanın, Bakının göz oxşayan görüntüləri, tarixi, mədəniyyəti, eləcə də oyunlara hazırlıq məqsədilə görülmüş işlər öz əksini tapıb. Alm.Az Cəmiyyətinin sədri Ağahüseyn Babayev bildirib ki, 55 saniyəlik videoçarxın hər ayın eyni günlərində 3 gün ərzində Drezdenin ictimai nəqliyyat vasitələrindəki monitorlarda nümayişi nəzərdə tutulur. Videoçarxın yayılmasında I Avropa Oyunlarıöncəsi möhtəşəm idman yarışına ev sahibliyi edəcək Azərbaycanın beynəlxalq aləmdə turizm potensialının, iqtisadiyyatının və zəngin mədəni irsinin təbliği olunmasıdır.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. Bu oyunlar idmanın 19 növünü əhatə edəcək ki, bunlardan 16-sı Olimpiya idman növü, 3-ü qeyri-olimpiya idman növüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm