Qırmızı.az
Mehriban Əliyeva xəstə uşaqlarla görüşdü - FOTOLAR
İyunun 15-də Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Afinada “ELPİDA” xərçəng xəstəliyinə tutulan uşaqların Dostluq Assosiasiyası ilə tanış olub.
Mehriban Əliyeva burada müalicə olunan uşaqlar və onların valideynləri ilə görüşüb.
“ELPİDA” Dostluq Assosiasiyası 1990-cı ildə yaradılıb. Yunan cəmiyyətində böyük nüfuz qazanan bu assosiasiyanı insanlara ən çox sevdirən məhz xərçəng xəstəliyinə tutulan uşaqlara xüsusi qayğı göstərməsi olub.
Daha sonra “ELPİDA”nın fəaliyyətinə həsr olunan videoçarxın nümayiş etdirilib.
Assosiasiyanın prezidenti Marianna Vardinoyannis Mehriban Əliyevanı “ELPİDA”da görməkdən məmnun olduğunu bildirib, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Azərbaycanda və dünyada təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə irimiqyaslı layihələr həyata keçirdiyini xatırladıb.
“ELPİDA”nın layihələrindən danışan Marianna Vardinoyannis assosiasiyanın ötən dövrdəki fəaliyyətinə nəzər salıb, Heydər Əliyev Fondu ilə əlaqələrinə toxunub, Bakıda Talassemiya Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.
Marianna Vardinoyannis “ELPİDA” mükafatını Mehriban Əliyevaya təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra birinci xanım öz adı yazılmış ulduzu “ELPİDA”nı ziyarət edən görkəmli şəxslərin adları olan lövhəyə vurub, Heydər Əliyev Fondunun hədiyyələrini uşaqlara təqdim edib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu