MTN-dən vəhhabilərə qarşı əməliyyat – 20 nəfər tutuldu
Bizi izləyin

Qırmızı.az

MTN-dən vəhhabilərə qarşı əməliyyat – 20 nəfər tutuldu

Bu dəqiqələrdə Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirir.

AzNews.az-a daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. İlkin xəbərə əsasən, əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm