Qırmızı.az
Bakıda qəza: 3 gənc öldü, 2-si yaralandı
Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin verdikləri məlumata görə, qəza ötən gün səhər saatlarında Ələt-Astara yolunda qeydə alınıb.
Hadisə “Prado” markalı avtomobillə, “Vaz 21015” markalı
avtomobilin toqquşması nəticəsində baş verib. “Vaz 21015”in
içərisində 5 gənc olub.
Qəza nəticəsində “Vaz 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil
Möhnətov və onun yanında olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov
və Fuad Quliyev dünyalarını dəyişiblər.
“Vaz 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev
və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Bakıdakı 1 saylı
Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin
ağır olduğu bildirilir.
Salyan rayonu Xərəc kəndinin sakinləri olan gənclərin Sənqəçal
qəsəbəsində yerləşən neft obeyktlərindən birində mühafizəçi
vəzifəsində işlədikləri bildirilir.
“Prado”-da isə bir nəfər sürücü olub. Onun hadisə nəticəsində
xəsarət almadığı bildirilir.
Şahidlərin bildirdiklərinə görə, hadisə “Prado” markalı avtomobilin
yoldan çıxması nəticəsində baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır. /Ans/
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu