DİN küləyin vurduğu fəsadlarla bağlı məlumat yaydı
Bizi izləyin

Qırmızı.az

DİN küləyin vurduğu fəsadlarla bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.


Publika.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyunun 23-də Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Nabat Məmmədovaya məxsus “KİA” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.


İyunun 23-də Nərimanov rayonu küləyin qırdığı ağac Bakı şəhər sakinləri Yusif Şabanova məxsus “Hyundai” və Aydın Məmmədova məxsus “Mercedes” markalı avtomobillərin üzərinə düşüb. Avtomobillərə qismən ziyan dəyib.


İyunun 23-də Səbail rayonu Puşkin küçəsində küləyin qırdığı ağac “Volkswagen” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəydiyi bildirilib.


İyunun 23-də küləyin qırdığı ağac Səbail rayonu G.Əliyev küçəsində yaşayan Nazirə Vəliyevanın evinin damına düşüb. Evin dam örtüyü yararsız hala düşüb.


İyunun 23-də Səbail rayonu Xanlar küçəsində küləyin qırdığı ağac Bakı şəhər sakini Abbas Kərimova məxsus “Nissan” markalı avtomobilin üzərinə düşüb. Avtomobilə qismən ziyan dəyib.


Sadalanan faktlar üzrə xəsarət alan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm