Qırmızı.az
Komandan Qubadakı hərbi hissənin döyüş hazırılığını yoxlayıb
Daxili işlər nazirinin müavini, Daxili Qoşunların
komandanı general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya
qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə
hazırlığın vəziyyətinin yoxlanılması məqsədi ilə yanvarın 25-də
qoşunların Qubada yeləşən "N" saylı hərbi hissəsində
olub.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların mətbuat xidmətindən
Publika.az-a verilən məlumata görə, hərbi hissə komandiri bütün
xidmət sahələri üzrə mövcut vəziyyəti məruzə edərək, son illər
ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini,
müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, təlim-tədris
prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirib.
Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş
fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də
yaxından tanış olub.
O, həmcinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin
səhhəti ilə maraqlanıb, aparılan müalicənin yüksəldilməsi
istiqamətində səylərin artırılmasını önə cəkib.
Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər
yataqxanalarına baxılıb, qış mövsümünə uyğun olaraq otaqlarda
temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıq
verilib.
Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi
izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun
keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi
hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi
istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə
komandanlığının diqqətinə catdırılıb.
Daha sonra Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüş
keçirlib, onların fərdi qaydada müraciətləri dinlənilib. Bir sıra
məsələlərin yerindəcə həl olunması üçün müvafiq tapşırıqlar
verilib.
Xatırladaq ki, general-mayor Ş.Məmmədov Daxili Qoşunların komandanı
vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq
keçən həftə Zaqataladakı "N" saylı hərbi hissədən başlayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu