AMEA üzvlüyünə seçkilər keçirilir
Bizi izləyin

Qırmızı.az

AMEA üzvlüyünə seçkilər keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi və müxbir üzvlüyünə seçkilər keçirilir.

Akademiyadan Publika.az-a verilən məlumata görə, bununla əlaqədar təşkil olunmuş ümumi yığıncaqda AMEA prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-nın həqiqi üzvlüyünə 43, müxbir üzvlüyünə isə 265 nəfər namizədliyini irəli sürüb. A.Əlizadə akademik seçkilərin istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uygun və şəffaf aparılacağına əminliyini ifadə edib.

Hazırda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə aparılır. Yaxın saatlarda seçkilərin nəticələri açıqlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm