Valideyn müəlliməni bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Valideyn müəlliməni bıçaqladı

Fransada şagirdlərdən birinin anası ibtidai sinif müəlliməsini bıçaqlayıb.

Publika.az-ın məlumatına görə, hadisə ölkənin cənubunda Albi şəhərində baş verib.

34 yaşlı müəllimə Faben Terral-Kalma hücum yay tətillərinin başlanğıcına bir gün qalmış olub. Adı açıqlanmayan 47 yaşlı qadın beş-altı yaşlı qızı ilə məktəbə gələrək qışqırıb: "Mən oğru deyiləm!" və sonra müəllimənin qarın və döş qəfəsinə böyük bıçaqla zərbə vurub.

Fransanın təhsil naziri Benua Amon deyib ki, ilkin araşdırmalara görə, hücum edən valideyin "ciddi psixiki pozğunluqdan" əzab çəkib.

Bundan başqa o, valideyn vəzifələrini əməl etməməsinə görə polislər tərəfindən şübhəlilər siyahısında olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm