Qırmızı.az
Eldar Mahmudov: "Bizə inam var"
Bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin hərtərəfli
qorunduğu dövlət imicinə malikdir.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzindən
Trend-ə verilən məlumata görə, bunu milli təhlükəsizlik naziri
general-polkovnik Eldar Mahmudov MTN-in Heydər Əliyev adına
Akademiyasında məzun buraxılışına həsr olunmuş təntənəli mərasimdə
bildirib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılmış,
abidəsinin önünə gül dəstəsi qoyulub. Sonra Akademiyanın Döyüş
Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib. Ulu
öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və
ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz
xatirələri bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın dövlət
himni səsləndirilib.
Milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov buraxılış
münasibətilə məzunları, onların valideynlərini, Akademiyanın
professor-müəllim heyətini təbrik edib. Bildirilib ki, məzunların
bu xüsusi təyinatlı ali təhsil müəssisəsində aldıqları biliklər,
mənimsədikləri peşəkarlıq vərdişləri gənc zabit kimi vəzifə
borclarını layiqincə yerinə yetirmələrində onlara yaxından kömək
olacaq. Akademiyanın təlim-tədris sistemində xeyli nailiyyətlərin
əldə edildiyini söyləyən nazir məzunların xidmətə başladıqları
sahələrdə əzmlə çalışmalarının ümummilli liderin peşəkarlıq və
vətənpərvərlik məktəbinə, Heydər Əliyevin milli maraqların
qorunması amallarına sədaqət göstəricisi olduğunu vurğulayıb.
Qeyd olunub ki, ölkənin təhlükəsizliyinə cavabdeh olan şəxslərin ən
yüksək keyfiyyətlərə malik olması ulu öndərin əsas tövsiyəsi idi.
Həmçinin, onların dərin bilik və məsuliyyət, vətənpərvərlik və
dövlətçiliyə sədaqət ruhunda tərbiyəsinin vacibliyi idi. Bu
baxımdan gələcək əməkdaşların zəruri iş və mənəvi keyfiyyətlərə
yiyələnməsi üçün Akademiyada hər cür şərait yaradılıb. Bu təhsil
ocağı ötən 10 il müddətində böyük inkişaf yolu keçib. Maddi-texniki
bazanın ardıcıl gücləndirilməsi, digər təşkilati tədbirlər yüksək
ixtisaslı kadrların hazırlanmasına, yeni nəslin əsl vətəndaş kimi
yetişməsinə xidmət edir.
E.Mahmudov əldə olunan nəticələrdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Akademiyaya, ümumən milli təhlükəsizlik
orqanlarına göstərdiyi diqqət və qayğısını xüsusi qeyd edərək
bildirib ki, ən əsas vəzifə borcu dövlət başçısının ölkənin ərazi
bütövlüyünün təmin olunması istiqamətindəki ardıcıl səyləri, ümumən
dövlətçilik kursu üçün əlverişli şəraitin yaradılmasıdır:
"Prezidentin Avropa Şurası Parlament Assambleyasındakı çıxışında bu
istiqamət üzrə fikirləri bütün dövlət orqanları və ictimai
təşkilatlar üçün, hər bir vətəndaş üçün proqram xarakteri daşıyır.
Eyni zamanda, ölkə rəhbərinin milli maraqlarımız və beynəlxalq
münasibətlər üzrə məntiqli, müdrik çıxışı bütün xalqımızda, o
cümlədən şəxsi heyətimizdə böyük iftixar hissi doğurub".
Bildirilib ki, Azərbaycan gəncliyi daim öz üzərində dövlətin
qayğısını hiss edir. Ulu öndər gənclərin hərtərəfli inkişafını
ümumi tərəqqi üçün çox vacib sayırdı. Bu siyasət indi Azərbaycan
Prezidenti tərəfindən uğurla davam etdirilir. Gənclər üçün daha
geniş imkanlar açılır. Gənclərin tarixi-mədəni irsə, milli-mənəvi
və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyəsi başlıca
məqsədlərdən sayılır. Gənc zabitlər də üzərlərində dövlətin
qayğısını daim hiss edirlər.
Nazir qeyd edib ki, bu gün Azərbaycan təhlükəsizliyin, sabitliyin
hərtərəfli qorunduğu dövlət imicinə malikdir. Bunu ölkəmizin
dostları da, rəqibləri də etiraf edirlər. Buna görə də Azərbaycan
Respublikasına inam var. Burada beynəlxalq səviyyəli tədbirlər,
idman və musiqi yarışları keçirilir.
Ötən il Azərbaycan üçün uğurlu olub. Əlbəttə, ümumən ölkə
miqyasında 2013-cü ilin ən mühüm hadisəsi cənab İlham Əliyevin
növbəti dəfə böyük ruh yüksəkliyi ilə Azərbaycan Respublikasının
Prezidenti seçilməsi oldu.
Bu il 95 illik yubileyini qeyd etdiyimiz milli təhülkəsizlik
orqanlarının fəaliyyəti də uğurla davam etdirilib. Həyata keçirilən
ardıcıl tədbirlər nəticəsində kəşfiyyat-pozuculuq və
terror-təxribat fəaliyyətlərinin qarşısı qətiyyətlə alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya,
insan alveri, mütəşəkkil cinayətkarlığın digər təzahürlərinə qarşı
mübarizədə yüksək göstəricilər əldə edilib. Ancaq bütün bunlar bizi
arxayınlaşdırmır. Əksinə, xalqın və dövlət başçısının milli
təhlükəsizlik orqanlarına inamı və etimadı, ölkəmizin yüksək nüfuzu
bizi daha da məsul edir. Dünyada və regionda gedən proseslər bu və
ya digər formada təzahür edən təhdidlər şəxsi heyəti daha sayıq və
səfərbər edir.
Nazir E.Mahmudov bildirib ki, Azərbaycanın iqtisadi sahədə dinamik
inkişaf edən dövlət olması respublikanın bütün regionlarında hiss
olunur. Statistika göstərir ki, iqtisadiyyatımız son 10 ildə 3
dəfədən çox artıb. Bu dünyada ən surətli inkişaf göstəricisidir. Bu
isə milli təhlükəsizliyə cavabdeh orqanlardan getdikcə daha yüksək
bilik səviyyəsi, peşəkarlıq, yüksək xidməti və icra intizamı tələb
edir. Gənc əməkdaşlar bunu öz fəaliyyətlərində nəzərə almalıdırlar.
Onlar vəzifə borcunun icrasına münasibətdə ilk gündən məsuliyyətli,
həm də hər cür yad ideologiya və təsirlərdən uzaq olmalıdırlar. Bu
günlərdə Bakıda ATƏT Parlament Assambleyasının 23-cü sessiyası
keçirilib. Sessiyada çıxış edən möhtərəm Prezident təhsil
məsələsinə də toxunub. Dövlət başçısı deyib: "Avropa Şurasının
Nazirlər komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər
prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük
investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı
mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman
xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə,
radikalizmə və millətçiliyə qarşı zəmanətdir".
Milli təhlükəsizlik naziri Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün əmr və
göstərişlərinin, tövsiyələrinin bundan sonra da dərhal və qüsursuz
yerinə yetiriləcəyini bildirib. Xatirələrində əbədi qalacaq bu gün
münasibətilə gənc zabitləri bir daha təbrik edib. Onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb.
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının
rəisi general-leytenant Ziya Yusif-zadə çıxış edərək Azərbaycan
Prezidenti cənab İlham Əliyevin milli təhlükəsizlik orqanlarına
olan diqqət və qayğısı, milli təhlükəsizlik naziri
general-polkovnik E.Mahmudovun yüksək təşkilatçılığı sayəsində
Akademiyanın inkişafından danışıb. Z.Yusif-zadə sıralarında Heydər
Əliyev təqaüdçüsü olan məzunların tədris müddətində daim yüksək
nailliyyətlər qazandıqlarını, Akademiyanın elmi, ictimai, siyasi
həyatında fəal iştirak etdiklərini, 14 zabitin Akademiyanı
fərqlənmə diplomu ilə bitirdiyini diqqətə çatdırıb. Bildirib ki,
müstəqil Azərbaycanı bizlərə bəxş etmiş ulu öndər Heydər Əliyevin
"Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları hərtərəfli əməliyyat
biliklərinə malik olmaqla yanaşı, vətənimizin daxili və xarici
siyasətini, beynəlxalq aləmdə cərəyan edən prosesləri daim
izləməli, xalqımıza, dövlətimizə hədsiz sədaqətli olmalıdırlar.
Sədaqət, sayıqlıq, vətənpərvərlik sizin fəaliyyətinizin əsas devizi
olmalıdır" milli təhlükəsizlik orqanları əməkdaşları haqda atalıq
qayğıkeşliyilə deyilmiş bu qiymətli kəlamları bugünkü məzunlar
özlərinin gələcək fəaliyyətlərində Akademiyada aldıqları biliklərə
əsaslanaraq daim rəhbər tutacaq və qarşılarında qoyulmuş dövlət
əhəmiyyətli vəzifələrin öhdəsindən şərəf və ləyaqətlə
gələcəklər.
Akademiyanın məzunları leytenant E.Cəfərli və leytenant
Ş.Qəzənfərli çıxış edərək, ümummilli lider Heydər Əliyevin adını
daşıyan xüsusi təyinatlı ali təhsil ocağını bitirmələrindən qürur
hissi keçirdiklərini bildiriblər. Gənc zabitlər Akademiyanın
kursant və dinləyicilərinə göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham
Əliyevə, Milli Təhlükəsizlik Nazirliyinin və Akademiyanın
rəhbərliyinə, müəllim kollektivinə minnətdarlıq edib, bütün
məzunların adından Vətənə sədaqətlə xidmət edəcəklərini
bildiriblər.
Sonra milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudov
Akademiyanı fərqlənmə ilə bitirən məzunlara diplomları təqdim edib.
Digər məzun zabitlərə də diplomlar təqdim olunduqdan sonra
Akademiyanın zabit və kursantları orkestrin müşayiəti ilə hərbi
marşla tribunanın önündən keçiblər.
Tədbir Akademiyadakı "Şöhrət" muzeyində davam etdirilib. Muzeyin
mərasim salonunda nazir E.Mahmudov Akademiyanı fərqlənmə ilə
bitirən zabitlərə xatirə hədiyyələri verib. Ulu öndər Heydər
Əliyevin büstünün və muzeyin önündəki abidəsi qarşısında xatirə
şəkilləri çəkdirilib.
Təntənəli mərasimin sonunda milli təhlükəsizlik naziri
general-polkovnik E.Mahmudov məzunların valideynləri ilə
görüşüb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR