Qırmızı.az
Tələbələr imtahan verdi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarına
qəbul imtahanı keçirilib. Nazirlikdən ANS PRESS-ə verilən məlumata
görə, 100-ə yaxın tələbənin iştirak etdiyi imtahan Azərbaycan
Dövlət İqtisad Universiteti və Naxçıvan Dövlət Universitetində
təşkil olunub.
İmtahan saat 10:00-da başlayıb və 11:30-da başa çatıb. Tələbələr
imtahanda ingilis dili və məntiqdən hər biri 25 sual olmaqla,
ümumilikdə 50 sualı cavablandırıblar. Hər bir sual 1 balla
qiymətləndirilir və səhv cavablar düz cavabları ixtisar etmir.
İmtahanın nəticələri emal olunduqdan sonra 1 həftə ərzində elan
olunacaqdır. Nəticələr Təhsil Nazirliyinin rəsmi internet
səhifəsində və www.sabah.edu.az saytında yerləşdiriləcəkdir.
İmtahanın nəticələrinə əsasən, hər bir ixtisas üzrə yüksək bal
toplayan 25 nəfər müsahibəyə buraxılacaq. Hər iki mərhələdən-test
imtahanı və müsahibədən keçən tələbələr təhsillərini II kursdan
ixtisaslarına uyğun olaraq, SABAH qruplarının yaradıldığı baza ali
təhsil müəssisələrində davam etdirəcəklər.
Qeyd edək ki, ali təhsil sistemində yeni yaradılan SABAH qruplarına
daxil olmaq üçün ərizə qəbulu mayın 12-dən iyunun 15-dək aparılıb.
Bu müddət ərzində imtahanda iştirak etmək üçün 53 ixtisas üzrə
2500-dən çox tələbə qeydiyyatdan keçib.
Savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən təşkil edilən SABAH
qrupları müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması
işinə böyük təkan verəcəkdir. Növbəti tədris ilindən 1300 tələbə II
kursdan SABAH qruplarında təhsil alacaqdır. Aztəminatlı ailələrdən
olan tələbələr yataqxana və yeməklə təmin olunacaqlar.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan