Tibb bacısını maşın vurdu
Bizi izləyin

Qırmızı.az

Tibb bacısını maşın vurdu

Zaqatalada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Zaqatala rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Publika.az-a verilən məlumata görə, 28 yaşlı Emil Qurbanov idarə etdiyi “VAZ- 21011” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 31 yaşlı Sevil Həsənovanı vurub.

Qapalı kəllə-beyin travması və aşağı ətrafların sıyrığı ilə müxtəlif dərəcəli bədən xəsarətləri alan Sevil Həsənova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta-ağır hesab edilir. Onu da xatırladaq ki, Sevil Həsənova Zaqatala Dioqnostika Mərkəzində tibb bacısı vəzifəsində çalışır.

Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, qəzanı törədən Emil Qurbanov artıq saxlanılıb.

O, bir müddət əvvəl həbsxanadan azadlığı çıxıb. Qəzanın baş vermə səbəblərinə gəlincə, sürət həddinin olduğu bildirilir. Sevil Həsənova azyaşlı övladını bağçaya qoyub qayıdarkən bədbəxt hadisə ilə qarşılaşıb.

Faktla bağlı araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm