Zəncirvari qəza: 40 avtomobil toqquşdu
Bizi izləyin

Qırmızı.az

Zəncirvari qəza: 40 avtomobil toqquşdu

Qəza nəticəsində yolun hər iki istiqamətində hərəkət bir neçə saatlığa dayanıb

Kanadanın Kvebek vilayətində yağan güclü qar zamanı Sant-Adel şəhərciyi yaxınlığındakı avtomagistralda 40 maşın eyni vaxtda toqquşub.

Polisin məlumatına görə, nəticədə 32 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan yeddisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə TAR-TASS xəbər verib.

Məlumata görə, xilasedicilər maşınlarda sıxılıb qalmış insanları çıxarmaq üçün xüsusi hidravlik alətlərdən istifadə etməli olublar.

Qəza nəticəsində yolun hər iki istiqamətində hərəkət bir neçə saatlığa dayanıb. Bu da paralel yollarda bir neçə kilometrlik tıxacların əmələ gəlməsinə səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm