Qırmızı.az
İtaliya nəşri İlham Əliyevdən yazdı
İtaliyanın “East journal” onlayn jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin iyununda Yunanıstana səfəri ilə bağlı məqalə yerləşdirilib.
Məqalədə vurğulanır ki, Azərbaycan qazını Avropaya daşıyacaq
“Trans-Adriatik Pipeline” (TAP) boru kəmərinin keçdiyi ölkələrdən
biri olan Yunanıstanda son illərdə müşahidə edilən iqtisadi
durğunluq yeni tərəfdaşlarla əlaqələri genişləndirmək zərurəti
yaradır.
Yazıda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
Yunanıstana səfəri çərçivəsində bir sıra sazişlər imzalanıb. Bu
sırada Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın
qazpaylayıcı sistemi olan “DESFA” şirkətinə məxsus səhmlərin 66
faizini alması ilə bağlı sənəd xüsusi yer tutur.
Müəllif cari ilin mayında Yunanıstanın Baş naziri Antonis Samarasın
Azərbaycana səfərini xatırladaraq vurğulayır ki, bu səfər TAP
layihəsinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edib. TAP-ın
reallaşması çərçivəsində bütün tərəflər üçün davamlı tərəfdaşlıq
əlaqələri qurmaq və iqtisadi müttəfiqlik münasibətlərini
genişləndirmək imkanı yaranıb.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan