Qırmızı.az
TQDK buraxılış imtahanlarının statistikasını açıqladı
Bu il Azərbaycanda müxtəlif şəhərlərdə yerləşən 300 imtahan mərkəzində buraxılış imtahanları keçirilib.
Publika.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, şagirdlərin rahatlığının təmin olunması üçün imtahanlar yalnız rayon mərkəzlərində deyil, həm də ucqar kənd məktəblərində keçirilib. Belə kəndlərin sayı 69 olub.
İmtahan prosesində respublikanın ümumi təhsil müəssisələrinin on min nəfərə yaxın müəllimi nəzarətçi, ayrı-ayrı dövlət strukturlarından 500 nəfərdən çox mütəxəssis imtahan rəhbəri qismində iştirak ediblər.
Bölgələrdə keçirilən buraxılış imtahanlarının idarə olunmasına cəlb olunan nəzarətçilərin hamısı (6031 nəfər), imtahan rəhbərlərinin isə təqribən 50 faizi (477 nəfər) müvafiq regiondan olan müəllimlər və mütəxəssislər olub.
2014-cü ildə 9-cu siniflər üzrə buraxılış imtahanlarında 111868 şagird iştirak edib. Onlardan 69400-ü (62,04 faiz) hər iki fənn üzrə (Ana dili və riyaziyyat) müvəffəq qiymət alıblar. 9-cu sinif şagirdlərindən 84007-si (75.22%) Ana dilindən, 78324-ü isə (70.01%) riyaziyyatdan müvəffəq qiymət alıblar.
2014-cü ildə 11-ci siniflər üzrə buraxılış imtahanlarında 83093 şagird iştirak edib. Onlardan 61579-u (74.11 %) hər iki fənn üzrə müvəffəq qiymət alıblar.
11-ci sinif şagirdlərindən 69016-sı (83.33%) Ana dilindən, 66681 nəfəri isə (81.25%) riyaziyyatdan müvəffəq qiymət alıblar.
2012-2014-cü il məzunlarının buraxılış imtahanlarındakı nəticələri belədir:
2012-ci il |
2013-cü il |
2014-cü il |
||||
9-cu siniflər üzrə |
11-ci siniflər üzrə |
9-cu siniflər üzrə |
11-ci siniflər üzrə |
9-cu siniflər üzrə |
11-ci siniflər üzrə |
|
İmtahanda iştirak edənlərin sayı |
117363 |
78539 |
117275 |
86632 |
111868 |
83093 |
Hər iki fənn üzrə müvəffəq qiymət alanların sayı (faizi) |
59000 (50.27%) |
54114 |
68497 |
62494 |
69400 (62.04%) |
61579 (74.11%) |
Ana dili fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) |
84217 (71.76%) |
64891 |
79583 |
69230 |
84007 (75.22%) |
69016 (83.33%) |
Riyaziyyat fənni üzrə müvəffəq qiymət alanların sayı (faizi) |
68461 (58.33%) |
58350 |
81970 |
69315 |
78324 (70.01%) |
66681 (81.25%) |
TQDK sədri mətbuat konfransında bildirib ki, əvvəlki illərdə olduğu kimi, bu il də buraxılış imtahanlarından əvvəl şagirdlərə kömək məqsədilə ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənləri üzrə hazırlanmış test tapşırığı nümunələri, buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzuları və yazı işinin qiymətləndirilməsi üçün müəyyənləşdirilmiş meyarlar TQDK-nın internet saytında yerləşdirilib.
2014-cü ildə TQDK tərəfindən 3-cü dəfə Respublika üzrə mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu