Qırmızı.az
Orta məktəb məzunlarına şad xəbər
Bu il də ötən il olduğu kimi, hər hansı fəndən "iki" qiyməti almasından asılı olmayaraq, orta məktəbin bütün 11-ci sinif məzunlarına attestat, 9-cu sinif məzunlarına şəhadətnamə veriləcək.
Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə təhsil nazirinin müavini Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, ötən ilin may ayında Nazirlər Kabineti orta məktəb məzunlarına attestatların verilməsi ilə bağlı qaydalara dəyişikliklər edib:
"Ötən il qaydalar dəyişdirilən zaman onun tətbiqi müddətinin bir il olması nəzərdə tutulmamışdı. 2013-cü ilin may ayında Nazirlər Kabinetinin qərarı ilə attestatların verilməsi qaydalarında dəyişikliklər edildikdən sonra məzunların 99,3 faizi attestat alıb. Bu il də prosedur eyni qaydada həyata keçiriləcək".
Qeyd edək ki, Nazirlər Kabinetinin 23 may 2013-cü il tarixli qərarı ilə təhsil haqqında attestat və digər sənədlərin verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik aktlarına müvafiq dəyişikliklər edilib. Qəbul edilmiş qərar əsasında illik qiymətlərdən asılı olmayaraq, bütün 9-cu sinif şagirdləri buraxılış imtahanlarına buraxılırlar. Onlar, həmçinin buraxılış imtahanında alınan qiymətlərdən asılı olmayaraq, yekun attestasiyanın nəticələrini özündə əks etdirən şəhadətnamə almaq hüququna malik olurlar.
11-ci sinif məzunları bütün fənlər üzrə müsbət illik qiymətlər (3 və daha yuxarı) almaq şərti ilə buraxılış imtahanlarına buraxılırlar. Bu kateqoriya məzunların attestat qiyməti 10 və 11-ci siniflər üzrə illik qiymətlər və imtahan nəticəsində alınmış qiymətlərin yuvarlaq orta qiymətidir.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu