Qırmızı.az
Bakı Dairəvi yolu nə vaxt açılacaq?
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC yaxın bir neçə ayda Bakı dairəvi Yolunda təmir işlərini başa çatdırmağı planlaşdırır.
Bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, əvvəlcə təmir işlərinin avtomobillərin
hərəkətini qismən məhdudlaşdırmaqla aparılması planlaşdırılmışdı.
Lakin təcrübəsiz sürücülərin günahı üzündən burada bir neçə
yol-nəqliyyat hadisəsi baş verdi və Qazax-Astara istiqamətində
nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması qərara alındı.
Bununla yanaşı, Mürsəliyev qeyd edib ki, sürücülər "Sədərək"
Ticarət Mərkəzinin daxili yolunda 0,5 manat həcmində yol haqqı
ödənişinin lazım gəlməsindən şikayətlənirlər: "Sürücülərin
şikayətlənməyə haqqı yoxdur, çünki burada alternativ
Xocasən-Lökbatan yolu mövcuddur. Bu yoldan istifadə edilərsə,
"Sədərək" Ticarət Mərkəzinin əraizindəki yoldan keçməyə ehtiyac
yoxdur".
Onun sözlərinə görə, yol tikintidən sonra daimi qulluq və xidmət,
müvafiq bərpa və təmir işlərinin aparılmasını tələb edir. Çünki yol
istismar nəticəsində və təbii şəraitin təsiri altında deformasiyaya
uğrayır: "Avtomobil yollarının yüksək səviyyədə saxlanması
məqsədilə təmir-bərpa işləri aparılır. Bakı Dairəvi yolunda belə
təmir işləri hələ bir dəfə də aparılmayıb. Təmir müəyyən edilmiş
normativlərə və texniki tələblərə uyğun həyata keçirilir ki, bu da
zaman tələb edir. Bunların hamısı ölkə vətəndaşları üçün rahat
şəraitin yaradılmasından ötrü edilir".
P.Mürsəliyev əlavə edib ki, avtonəqliyyat sahiblərinin narazılığı və bəzi KİV-də dərc olunan yazılar əsassız və ədalətsizdir: "İşlərin hamısı qüvvədə olan normativlərə uyğun və müəyyən olunmuş qrafik üzrə aparılır. Bakı Dairəvi yolunda aparılan təmir işləri yaxın vaxtlarda başa çatacaq və bundan sonra avtonəqliyyat sahibləri ondan fəal şəkildə istifadə edə biləcəklər".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR