Azərbaycanda 5 mindən çox peşə standartı hazırlanacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 5 mindən çox peşə standartı hazırlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 5 mindən çox peşə standartı hazırlanmağı nəzərdə tutur. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Dünya Bankı ilə birgə həyata keçirilən "Sosial Müdafiənin İnkişafı Layihəsi"nin "İSCO88/08-ə uyğun təkmilləşdirilmiş peşə standartları və əlaqədar təlim standartlarının hazırlanması" tapşırığı çərçivəsində 200 peşə standartı hazırlanaraq cari ilin əvvəlindən sahibkarların istifadəsinə verilib.

Turizm, emal sənayesi, tikinti, energetika, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrini əhatə edən peşə standartlarının hazırlanması ölkədə əmək ehtiyatlarının keyfiyyətinin yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına, işçi qüvvəsindən daha səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bu standartlar eyni zamanda kadr hazırlığının əmək bazarının ehtiyaclarına uyğun təşkilində mühüm rola malikdir. Milli iqtisadiyyatın dinamik və çoxşaxəli inkişafı, həmçinin əlverişli demoqrafik vəziyyətin formalaşdığı şəraitdə ƏƏSMN bu prosesin davam etdirilməsini, müxtəlif sahələrə aid daha 5 mindən çox peşə standartının hazırlanmasını nəzərdə tutur.

Peşə standartlarının hazırlanması prosesi beynəlxalq ekspertlərin və iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərən işəgötürənlərin iştirakı, qabaqcıl dünya təcrübəsindən istifadə olunmaqla həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm