“İslahatçı Gənclər” gənclərin dostlarını bir araya gətirdi
Bizi izləyin

Qırmızı.az

“İslahatçı Gənclər” gənclərin dostlarını bir araya gətirdi

Fevral Gənclər Günü ərəfəsində gənclərə dəstək olan şəxslər mükafatlandırıldı

“İslahatçı Gənclər” İctimai Birliyi 2 Fevral Gənclər Günü ilə bağlı millət vəkilləri, dövlət qurumlarının rəsmiləri, media təmsilçiləri və fəal gənclərin iştirakı ilə “Gənclik və dövlətçilik” mövzusunda konfrans keçirib.

Toplantını giriş sözü ilə açan “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Cənab Prezident İlham Əliyev tərəfindən olduqca uğurla davam etdirilir: “Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanda Gənclər və İdman nazirliyi yaradıldı, gənclərlə bağlı müxtəlif dövlət proqramları qəbul edildi,

gənclərin respublika forumlarının keçirilməsinə başlanıldı, gənclərlə bağlı qanunvericilik bazası təkmilləşdirildi. Gəncliyin inkişafına yönələn bu siyasət bu gün Cənab Prezident tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Bunun məntiqi yekunudur ki, bu gün gənclərimiz Azərbaycanda hakimiyyətin müxtəlif pillələrində təmsil olunmaqla, dövlət idarəçiliyində yaxından iştirak edirlər. Azərbaycan gəncliyi daim dövlətçiliyin yanında olub, bundan sonra da öz fəaliyyəti ilə ona göstərilən etimadı doğrultmağa çalışacaq”.

Daha sonra çıxış edən Milli Məclisin deputatları Elton Məmmədov, Aydın Mirzəzadə, Jalə Əliyeva, Hacı Salayev, Adil Əliyev, Kamilə Əliyeva, Mahir Aslanov, Azər Badamov, Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini Xalidə Bayramova, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov, Əməkdar artist Aybəniz Haşımova, “Azad Azərbaycan” Teleradio Şirkətinin vitse-prezidenti Məqsəd Nur, “Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynli, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətindən və olduqca uğurlu nəticələrindən söz açıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin ən prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd edək ki, “İslahatçı Gənclər” İctimai Birliyinin açıqladığı siyahıda Azərbaycan prezidenti İlham Əliyev gənclərə göstərdiyi yüksək diqqət və qayğıya, reallaşdırılan olduqca uğurlu dövlət gənclər siyasətinə görə, “2013-cü İlin Adamı” adına layiq görülüb.

Daha sonra “İslahatçı Gənclər” İctimai Birliyi 2013-cü ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə və bu siyasətin təbliğindəki xidmətlərinə görə, aşağıdakı şəxsləri özünün Fəxri Diplomları ilə təltif etdi:

Ziyafət Əsgərov-Milli Məclisin vitse-spikeri
Fəttah Heydərov-Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili
İntiqam Babayev-Gənclər və İdman nazirinin müavini
Xalidə Bayramova-Səbail rayon İcra Hakimiyyəti başçısının I müavini
Daşqın Şikarov-Azərbaycanın Pakistandakı səfiri
Müşfiq Əmirov-Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi
Aydın Mirzəzadə-Milli Məclisin deputatı
Azay Quliyev-Milli Məclisin deputatı
Elton Məmmədov-Milli Məclisin deputatı
Ülvi Quliyev-Milli Məclisin deputatı
Jalə Əliyeva-Milli Məclisin deputatı
Adil Əliyev-Milli Məclisin deputatı
Hacı Salayev-Milli Məclisin deputatı
Qənirə Paşayeva-Milli Məclisin deputatı
Kamilə Əliyeva-Milli Məclisin deputatı
Mahir Aslanov-Milli Məclisin deputatı
Azər Badamov-Milli Məclisin deputatı
Mübariz Qurbanlı-Milli Məclisin deputatı
İqbal Məmmədov-Milli Məclisin deputatı
Aybəniz Haşımova-Əməkdar artist
Məqsəd Nur-Azad Azərbaycan” Teleradio Şirkətinin vitse-prezidenti
İxtiyar Hüseynli-”Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin müdiri
Aynur Camalqızı-”Publika.az” portalı və “Gündəlik-teleqraf” qəzetinin baş redaktoru
Hacıbəy Heydərli- Azxeber.com portalının baş redaktoru
Vüsalə Mahirqızı-”APA Holdinq”in prezidenti
Natiq Məmmədli-”Kaspi” qəzetinin baş redaktoru
Rövşən Tağıyev-“Kral Rent a Car” şirkətinin direktoru

Oxumağa davam et
Reklam
Reklam

Gündəm