• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Masallıda polisi bıçaqla təqib elədilər

Masallıda polisi bıçaqla təqib elədilər

Masallı rayonunda polislə vətəndaş arasında maraqlı insident yaşanıb. Cenubnews.com internet qəzetinin verdiyi xəbərə görə, olay ötən gecə rayon mərkəzindəki Heydər Əliyev parkının yaxınlığında qeydə alınıb.

Şahidlərin dediyinə görə, parkın yaxınlığında “VAZ 21074” markalı, 10 LU 037 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən avtomobilin ön tərəfindəki “şaravoy” çıxıb və sürücü avtomobili yolun kənarına verərək saxlayıb. Bu zaman ərazidə növbə çəkən Post Patrul Xidmətinin (PPX) əməkdaşları rayon DYP-nə zəng edərək sürücünün qəza törətdiyini xəbər veriblər. Bir neçə dəqiqə sonra Masallı Rayon Polis Şöbəsinin (RPŞ) DYP bölməsinin əməkdaşları - polis leytenantı Mirxas Təhməzov və serjant Kənan Mövsümov əraziyə gəliblər.

Yol polisi sürücü ilə danışdığı zaman yoldan keçən “Prirora” markalı minik avtomobilinin qarşısını PPX əməkdaşı kəsib. Bu vaxt “Prirora”dakı 20-25 yaşlarında olan bir gənc PPX əməkdaşını söyərək yoluna davam edib. Vəziyyətin qəlizləşdiyini, insanların onlara güldüyünü görən polis qayıdaraq xidməti avtomobilə oturub. Çox keçmədən “Prirora” parkın qarşısında peyda olub və avtomobildən düşən həmin gənc onun yolunu kəsən PPX əməkdaşını axtarmağa başlayıb. Və gözü həmən serjanta sataşıb. Gənc oğlan polis avtomobilinə yaxınlaşaraq “Sən idinmi mənim yolumu kəsən, ay səni belə-belə olasan...” – deyə polisi söyüb.

Cavabında polis serjantı əlindəki rezin dəyənəklə gənci iki dəfə vurub. Oğlan yerə yıxılıb. Serjant yanındakı yoldaşlarına “götürün qandallayın, basın maşına” deyib. Amma polis əməkdaşları gəncin əllərini qandallaya bilməyiblər. Oğlan yerdən qalxan kimi avtomobilinə doğru qaçıb və bıçaq götürüb. Daha sonra polisin üstünə hücum çəkib və əlindəki bıçaqla dəyənəkli serjantı qovalamağa başlayıb. Təqib zamanı polis serjantı əlindəki rezin dəyənəyi də tullayaraq başqa bir polis postuna sığınıb. Bir qədər keçməmiş həmin polis əməkdaşı və daha bir neçə polis zabiti RPŞ-nin növbətçi hissəsinin avtomobili ilə hadisə baş verən əraziyə gəlib və həmən gəncin axtarışına başlayıblar.

Sayt gəncin və polis serjantının adlarını dəqiqləşdirə bilməyib. (virtualaz.org)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR