Dostunun evində yeyib-içdi, sonra da mənzili qarət etdi
Bizi izləyin

Qırmızı.az

Dostunun evində yeyib-içdi, sonra da mənzili qarət etdi

Şəmkir rayon sakininin mənzilindən pul oğurlanıb.

Şəmkir rayon polis şöbəsinin müstəntiqi Taleh Şamilovun Publika.az-a verdiyi məlumata görə, Arifə Bəhlulovanın mənzilindən 4 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Polis oğurluqda şübhəli bilinən 27 yaşlı Firdovsi Məmmədovu saxlayıb.

Müəyyən edilib ki, F. Məmmədov dostu Anar Quliyevlə birlikdə onun evinə gəlib. Burada yeyib-içib əylənən dostlar məclis başa çatdıqdan sonra isə evi tərk ediblər. Lakin evdə heç kimin olmamasından sui-istifadə edən Firdovsi Məmmədov qayıdaraq mənzilin altını üstünə çevirib:

"Açarı qoyduğu yeri gördüm. Sonra içkili halda gəlib oradan oğurluq etdim. Amma sata bilmədim. Polislər məni saxladı”.


Əvvəllər dələduzluq etdiyi üçün məhkumluq həyatı yaşayan Firdovsi Məmmədovun zərərçəkənə nə qədər ziyan vurduğu araşdırılır. Onun barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm