Qırmızı.az
Tibb bacılarına maşınını yuduzduran Baş həkim danışdı
“Bəli, o maşın mənimdir. Onu kiminsə yumasında qəbahətli heç nə yoxdur. Maşını yuyan xanımlar da tibb bacısı deyil, həmin xəstəxanada çalışan xadimələrdir”.
Bu sözləri “Axar.az”a açıqlamasında fotodakı 90 KT 887 dövlət nömrə nişanlı "Toyota" markalı maşının sahibi olan Xətai rayonundakı 9 saylı Uşaq Poliklinikasının Baş həkimi Aida Qurban qızı Hüseynzadə deyib. O bildirdi ki, fotodakı xadimələr öz istəkləri ilə maşını yuyurlar: “Onlar maşını öz arzuları ilə yuyurlar. Adları Nizar və Rozadır. Burda nə var ki?”
Baş həkim onu da dedi ki, fotodakı oğlan onun sürücüsü deyil: “Mənim sürücüm yoxdur. Yaxşı sürücü olsa, götürərəm. Onu da deyim ki, özüm könüllü olaraq bir çox xeyriyyə tədbirlərində iştirak etmişəm. Həm də Yeni Azərbaycan Partiyasının Şura üzvü və YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvüyəm. Bu məsələni bu qədər şişirtməkləri anlaya bilmirəm”.
Xatırladaq ki, gördüyünüz fotoşəkil sosial mediada böyük marağa səbəb olub. Sosial şəbəkədə əməkhaqlarının azlığından şikayətlənən tibb bacılarına Baş həkimin maşınını yuduzdurmaqla əlavə pul verməsi məsələsi müzakirə olunur.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu