
Naftalan rayonunun Qasımbəyli kəndində inəyin
quyuya düşməsi barədə məlumat daxil olub.
ANS PRESS FHN mətbuat mərkəzinə istinadən verdiyi
xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin
müvafiq xilasetmə qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, inək 4 metr dərinliyi olan
quyuya düşərək köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik
qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə
inəyi quyudan çıxarıblar.