Qırmızı.az
Daxili Qoşunların Ali Hərbi Məktəbinə kursant qəbulu başlayır
2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə kursant qəbulu üçün müsabiqə elan edilir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, müsabiqədə 2014-cü ildə digər xüsusi təyinatlı təhsil müəssisələrində (DİN-in Polis Akademiyası, MTN-nin Akademiyası, Dövlət Sərhəd Xidmətinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası) xüsusi həkim komissiyasından keçmiş, lakin test imtahanının nəticəsinə əsasən müsabiqədən keçməmiş, I və II ixtisas qrupları üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal, III ixtisas qrupu üzrə isə 200 və daha yüksək bal toplayan 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə
qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması,
yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris Azərbaycan
dilində aparılır, təhsil müddəti 4 ildir.
Məzunlara müvafiq hərbi ixtisaslarla bərabər "fiziki tərbiyə və
çağırışaqədərki hazırlıq müəllimliyi" ixtisası və "leytenant" hərbi
rütbəsi verilərək Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin
edilirlər.
Müsabiqədə iştirak etmək istəyənlər iyulun 25-dən 31-dək Daxili
İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı
şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) müraciət edə
bilərlər.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO