Qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı
Bizi izləyin

Qırmızı.az

Qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqladı

Göyçay sakini Bakıda qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayandan sonra polisə təslim olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyulun 27-də Lökbatan qəsəbəsi S.Orucov küçəsində yaşayan Göyçay rayon sakini 1989-cu il təvəllüdlü İlqar Qocayev qısqanclıq zəminində qeyri-rəsmi nikahda olduğu 1985-ci il təvəllüdlü Rəna Qocamanovaya bıçaq bıçaq xəsarəti yetirib.

Törətdiyi cinayət əməlindən sonra İ.Qocayev könüllü olaraq Qaradağ Rayn Polis İdarəsi 10-cu Polis Bölməsinə gəlib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm