Qırmızı.az
13 413 tənha vətəndaşa xidmət göstərilir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər)
Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri tərəfindən
hazırda 13 413 nəfər tənha ahıl və əlil vətəndaşa evlərində
sosial-məişət xidməti göstərilir.
Nazirliydən verilən məlumata görə, onların 10 752 nəfəri
qadınlardır. Xidmətlə təmin olunanların 11 275 nəfərdən çoxu 70
yaşdan yuxarı olanlardır. Şəhər və şəhər tipli qəsəbələrdə, rayon
mərkəzlərində 1 nəfər sosial işçi 12 nəfərə, kənd yerlərində isə 8
nəfərə xidmət göstərir.
Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin
evlərində olaraq onlara təmizlik işlərinin aparılmasında, zəruri
ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə xidmət
göstərirlər.
Evlərində tək yaşayan və yaşadıqları rayonda (şəhərdə) qanunla onları saxlamağa borclu övladları, yaxud valideynləri olmayan 70 yaşına çatmış tənha ahıl vətəndaşlar, həmçinin I qrup əlillər, başqasının köməyinə ehtiyacı olan II qrup əlillər yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda xidmətə götürülürlər.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu