• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Prezidentin sərəncamına kütləvi etiraz ...

Prezidentin sərəncamına kütləvi etiraz ...

Dağstanın Dərbənd rayonunun əhalisi avqustun 1-dən kütləvi etiraz aksiyalarına başlamağı qərara alıb. Buna səbəb Dağıstanın dövlət başçısı Ramazan Abdulatipovun yerli əhalinin rəyini nəzərə almadan həyat keçirdiyi son təyinatdır.


İyul ayının 23-də canlı yayımda Dağıstan sakinlərinin suallarını cavablandıran prezident Abdulatipov bildirmişdi ki, Dərbənd rayon icra başçıcı istefa verməlidir. Bir neçə gün sonra isə Abdulatipov Qurban Qurbanovun vəzifəsindən azad olunması və onun yerinə keçmiş ədliyyə naziri postunda çalışmış Azadi Rəhimovun təyin olunması barədə sərəncam imzalayıb.

Dağıstan prezidentinin bu addımı isə Dərbənd sakinlərinin kütləvi etirazına səbəb olub. Dərbənd rayonunun icra hakimiyyətinin binasına yığışan ziyalılar və ictimaiyyət nümayəndələri rayon icra hakimiyyəti başçısı Qurban Qurbanovun vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasına öz etirazlarını bildiriblər.

Tədbirdə çıxış edən “Zidyan” aqrofirmasının direktoru, rayon deputatı Fazil Hacıəhmədov, Çinar kənd 1 saylı orta məktəbin direktoru Uma Rəsulova, yəhudi icmasının rəhbəri David Abramov, “Tatlar” sovxozunun direktoru Yəhya Hacıyev, Rubas kəndinin icra nümayəndəsi Sultan Xıdırbəyov, Respublika müftisinin müavini Şixabudin Kərimov və başqaları çıxış ediblər.

Minlərlə insanın iştirak etdiyi bildirilən aksiyanın iştirakçıları respublika prezidenti Abdulatipovun Qurban Qurbanovun vaxtından əvvəl vəzifəsindən azad olunmasına dair imzaladığı sərəncama etirazlarını bildirib və icra başçısını istefa verməməyə çağırıblar.

Qurban Qurbanovun bildirdiyinə görə, o, rayon ictimaiyyətinin rəyini nəzərə alaraq, 2015-ci ilə kimi öz səlahiyyətlərini həyata keçirmək niyyətindədir.

“Mənə səs vermiş 46 mindən çox seçicinin maraqlarını küçəyə ata bilmərəm. İlk gündən Dərbənddə vəziyyətin yaxşı olmadığı səsləndirilir. Ancaq bunun tək bir səbəbi –mənim uzun müddət bu vəzifədə işləməyimdir. 2013-cü ilin yekun nəticələrinə görə, rayonumuz respublikada üçüncü yerə sahib oldu. Mən hətta bu tədbirə gəlmək istəmirdim.Ancaq rayon ictimaiyyətinin nümayəndələri bunu satqınlıq kimi qəbul edəcəklərini deyəndə, ürəyim dözmədi, gəldim və xalqın dəstəyini gördüm. Mən işimi davam etdirəcəyəm”

RF-nın Komunist partiyasının Dərbənd Rayon şöbəsinin birinci katibi Müslim Gərəyxanovun bildirdiyinə görə, iyul ayının 23-də canlı yayımda Dağıstan sakinlərinin suallarını cavablandıran prezident Abdulatipovun Dərbənd icra başçısının mütləq istefa verməli olduğu barədə söylədikləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, yerli əhali bunun qanunazidd olduğunu ölkə rəhbərliyinin nəzərinə çatdıraraq, icra başçısının vəzifəsindən azad olunma səbəblərinə aydınlıq gətirilməsini tələb edirlər. “Əvvəlcə televiziyadan eşitdik ki, icra başçısı istefa verib.Sonra məlum oldu ki, o, öz işinin başındadı. Daha sonra məlum oldu ki, artıq onun yerinə başqası təyin olunub. Bütün bu şaiyələr əhalidə çaşqınlıq yaratdı. Biz bilmək istəyirik ki, bu baş verənlər hansı qanunvericilik aktına əsasən həyata keçirilir? Biz qanuna zidd hərəkətlərimizlə gənclərə çox pis nümunə oluruq”

Ultarkəmə kəndinin icra nümayəndəsi Abdulcəlil Bəyəhmədov iştirakçılar adından rayon rəhbərindən öz yerində qalmağı tələb edib

“Dağıstanın rəhbəri işlədiyi ilyarımda heç bir dəfə də olsun, Dərbənd rayon icra hakimiyyətinin binasında olmayıb, heç binaya yaxın da gəlməyib. Ancaq şərab zavodunda oturub, öz adamları ilə müzakkirələr aparır.Qurbanovu isə xalq seçib, ona əhalinin 98 faizi səs verib. Burda Konstitusiya və başqa qanunlar işləyir, “dağ qanunları” yox. Hakimiyyətdə bircə azərbaycanlı təmsil olunurdu, onu da azad etdilər. Yuxarılarda bizim təmsilçilərimiz onsuz da azdı, olanları da belə bir-birinə qarşı qoyurlar".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR