İcra Hakimiyyəti: "Qazaxı heç kim tərk etməyib"
Bizi izləyin

Qırmızı.az

İcra Hakimiyyəti: "Qazaxı heç kim tərk etməyib"

"Qazaxda Məzəm və Abbasbəyli kəndlərinin sakinlərinin kəndi tərk etmələri barədə yayılan məlumatlar yalandır. Bu xəbərləri yayanlar Azərbaycanı istəməyənlərdir". Bunu Publika.az-a açıqlamasında Qazax Rayon İcra Hakimiyyətinin başçısının müavini Tahir Musayev deyib.

O, hazırda kəndlərdə əhalinin vəziyyətini öyrənmək üçün və yayılan xəbərlərlə əlaqədar kəndlərə bir-bir baş çəkdiklərini və heç kimin evini tərk etmədiyini bildirib:

“İndi Abbasbəyli kəndindən keçib, Quşçuayrım və Məzəm kəndlərinə gedirik. İlkin məlumatları da əldə etmişik, hər kəs evindədir. Yayılan xəbərlər şayiədir”.

Xatırladaq ki, bu barədə Axar.az Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin Qazax-Ağstafa filialının başçısı Xamis Məsimovun öz Feysbuk səhifəsində yazdığı statusa əsasən məlumat vermişdi.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm