Bakıda külək zəifləyəcək
Bizi izləyin

Qırmızı.az

Bakıda külək zəifləyəcək

Sabahdan paytaxt Bakıda külək zəifləyəcək, temperatur bir qədər də yüksələcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Publika.az-a bildiriblər ki, avqustun 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.


Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm